İran nümayəndə heyəti YUNESKO-nun iclasında iştirak edib

İran nümayəndə heyəti YUNESKO-nun iclasında iştirak edib

İran nümayəndə heyəti Səudiyyə Ərəbistanında keçirilən YUNESKO-nun Ümumdünya İrs Komitəsinin iclasında iştirak edib.

Az.rasthaber.com xəbər verir ki, bildirilib ki, Səudiyyə Ərəbistanında keçirilən BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Ümumdünya İrs Komitəsinin iclasında İrandan nümayəndə heyəti iştirak edib.

İran “Karvansaray” və “Məsulə mədəni mənzərəsi”nin YUNESKO-nun dünya siyahısına salınmasını təklif edib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Ümumdünya İrs Komitəsinin 45-ci genişləndirilməsi iclası Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda mərasimlə başlayıb.

Açılış mərasimində Səudiyyə Ərəbistanının mədəniyyət naziri, Səudiyyə Ərəbistanının Təhsil, Mədəniyyət və Elm üzrə Milli Şurasının sədri Şahzadə Bədr bin Abdullah bin Fərhan və YUNESKO-nun baş direktoru Odri Azule iştirak edib.

Sentyabrın 25-dək davam edəcək toplantı COVID-19 epidemiyasından sonra oflayn rejimdə keçirilən ilk dünya irsi konfransıdır.

İclasda 2022-ci ildə nəzərdən keçirilməsi planlaşdırılan ümumdünya irsi siyahısına namizəd olan 25, 2023-cü il üçün namizəd olan 28 əsər olmaqla, ümumilikdə 53 əsər qiymətləndiriləcək.

Xəbəri paylaş

VİDEOLAR