İranın xarici işlər naziri Əmir Abdullahian HƏMAS-ın 7 oktyabr əməliyyatı ilə işğalçı rejimin siyasi quruluşunu, təhlükəsizliyini və ruhi durumunu çökdürməyi bacardığını bildirib.
Az.rasthaber.org xəbər verir ki, İranın xarici işlər naziri Əmir Abdullahian Qərbi Asiyada müqavimət oxunun roluna toxunub.
Əmir Abdullahiyan açıqlamasında bildirib:
“Müqavimətin rol oynadığı bugünkü dünyada HƏMAS-ın 7 oktyabr əməliyyatı ilə işğalçı rejimin siyasi quruluşunu, təhlükəsizliyini və ruhi durumunu çökdürməyi bacardığını görürük.
ABŞ, sionist rejim və bəzi Qərb ölkələri 7 oktyabr əməliyyatını terror aktı kimi təqdim etməyə çalışsalar da, müqavimətin konstruktiv diplomatiyası onların səylərini puça çıxarıb.
Sionist rejim 100 günlük fasiləsiz və dəhşətli bombardmanlarda 25 mindən çox fələstinlini, xüsusilə də qadın və uşaqları şəhid etsə də, elan etdiyi məqsədlərin heç birinə nail ola bilmədi. İsrail rejimi və onun tərəfdarları HƏMAS-ı qısa müddətdə məhv edə biləcəklərini düşünürdülər, bu isə tamamilə səhv hesablama idi”.