İran Müdafiə Nazirliyindən edam edilən sabiq rəsmisi barədə bəyanat

İran Müdafiə Nazirliyindən edam edilən sabiq rəsmisi barədə bəyanat

İranın Müdafiə Nazirliyi Əlirza Əkbərinin müdafiə nazirinin müavini olması xəbərini təkzib edib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İranın Müdafiə Nazirliyi bu gün sabiq rəsmisi Əlirza Əkbəri barədə bəyanat yayaraq, onun hər hansı bir dövrdə müdafiə nazirinin müavini olmasını təkzib edib.

Nazirlik bəyanatında əlavə edib ki, Britaniyaya cəsusluq edən və edam edilən Əkbəri Müdafiə Tədqiqatları Bürosunun rəhbəri olub və nazirlikdən də təqaüdə çıxıb.

İranın Müdafiə Nazirliyi “ölkədə milli təhlükəsizliyin təmin edilməsi, xainlərin tapılması və cəzalandırılması istiqamətində kəşfiyyat qurumları və Məhkəmə Hakimiyyətinə əmətinə görə" təşəkkür edib.

Xəbəri paylaş

VİDEOLAR