İran: Müdafiə doktrinamızda nüvə silahının yeri yoxdur

İran: Müdafiə doktrinamızda nüvə silahının yeri yoxdur

İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Əkbər Əhmədiyan deyib: Nüvə silahının İranın müdafiə doktrinasında yeri yoxdur.

Az.rasthaber.com xəbər verir ki, Braziliyada səfərdə olan İran Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Əkbər Əhmədiyan BRİKS Təhlükəsizlik Sammitində çıxış edib.

Əhmədiyan deyib: "İranın müdafiə doktrinasında nüvə silahının yeri yoxdur. Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatları da bunu sübut edir".

Əhmədiyan İranın nüvə proqramı ilə bağlı deyib: “İranın nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək hüququ var”.

İranın təhlükəsizlik rəsmisi Fələstindəki vəziyyətlə bağlı bu cür dəyərləndirmə edib: "Biz Fələstin məsələsində "güc yolu ilə sülh" və "təzyiq diplomatiyası" adlı təhlükəli diskursun canlanmasının şahidiyik. Həqiqi sülh və ədalət yalnız qanuni hüquqların tanınması ilə əldə edilə bilər."

"Bəzi ölkələrin BRİKS və onun üzvlərinə qarşı təhdidləri BRİKS-in güclü iqtisadi, siyasi və mədəni blok yaratmaq üçün böyük potensialı ilə bağlı dərin narahatlığı əks etdirir", - Əhmədiyan bildirib.

Xəbəri paylaş

VİDEOLAR