İran Məhkəməsi ölkə millisinin Uelz üzərində son qələbəsinə görə 715 nəfəri sərbəst buraxıb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu addım Məhkəmə Hakimiyyəti sədrinin göstərişlərindən sonra atılıb.
Bildirilib ki, İran millisinin Ulez üzərində qələbəsindən sonra verilən göstərişə və qanuni güzəştlərə əsaslanaraq 715 saxlanılmış şəxs sərbəst buraxılıb.
İran KİV-lərinin məlumatına görə bu şəxslər əsasən son hadisələrdə saxlanılanlardır.
Bu ölkə KİV-lərinin məlumatına görə İran millisinin ABŞ üzərində qələbəsi və ya növbəti mərhələyə adlaması təqdirində son etirazlar və iğtişaşlarda saxlanılanların mühüm bir qismi barədə də oxşar qərar verilə bilər.