İran Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrindən Azərbaycana dəstək

İran Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrindən Azərbaycana dəstək

İran Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Azərbaycan Respublikasının ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, Əbuzər İbrahimi Türkəman “Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamofobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” adlı onlayn konfransındakı çıxışı zamanı əvvəlcə işğal olunmuş torpqların azadlığı uğrunda şəhid olan Azərbaycan hərbçilərinə Allah Təaladan böyük rəhmət diləyib, sonra konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, özünün ərazi bütövlüyünə həssas olmaq haqqı Azərbaycana verilməlidir. Bu yolda çoxlu şəhidlər vermişdir, bunlar olmadan öz hüququna sahib ola bilməzdimi? Əlbəttə ki mümkün idi ancaq dünya öz ciddi himayəsini bu ölkədən əsirgədi. BMT-nin dörd qətnaməsi yerdə qaldı.

Cənab Türkəman qeyd edib ki, bu müharibə barədə İran İslam Respublikası müxtəlif münasibətlərdə özünün mövqeyini bəyan etmişdir və başqalarının ərazilərində hər bir işğal ilə müxalifdir və son zamanlarda bu müharibəyə son vermək və daimi sülhə nail olmaq üçün bir neçə bənddən ibarət layihə verilmişdir.

Həmçinin İran İslam Respublikasının rəhbəri Ayətullahül-uzma Xameneyi cənabları 17 Rəbül əvvəldəki çıxışında bu müharibəni acı hadisə adlandıraraq Azərbaycanın öz ərazilərini işğaldan azad etmək hüququnu dəstəkləyib. Bu himayə həm siyasi və həm dini himayə idi. İran İslam Respublikası rəhbərinin məntiqli və mətin dəlili islamda qardaşlıq, dərdə şərik olmaq və ədalət yaymaq ruhundan götürülmüşdür.

Xəbəri paylaş

VİDEOLAR