İran Atom Enerjisi Agentliyinin sözçüsü Bəhruz Kəmalvəndi Beynəlxalq Atom Enerjisi Agentliyinin prezidentinin son hesabatına reaksiya verərək, İranın dinc nüvə proqramının indiyədək ən şəffaflığa malik olduğunu bildirib.
Az.rasthaber.com xəbər verir ki, Bəhruz Kəmalvəndi deyib:
“Beynəlxalq Atom Enerjisi Agentliyinin prezidentinin son rüblük hesabatının məzmunu əvvəlki əsassız siyasi məqsədlərin təkrarıdır və konkret məqsədlər üçün sözlə oynamaqdan başqa heç bir yeniliyi yoxdur”.