İran Livanda yeni hökumətin yaradılmasını təbrik edib

İran Livanda yeni hökumətin yaradılmasını təbrik edib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü dünən gecə Həssan Diabın baş nazirliyi ilə Livanda yeni hökumətin yaradılması münasibətilə bu ölkənin xalqı və hökumətini təbrik edib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi dünən gecə Həssan Diabın baş nazirliyi ilə Livanda yeni hökumətin yaradılması münasibətilə bu ölkənin xalqı və hökumətini təbrik edib.

Seyid Abbas Musəvi livanlı qrupların bir-birilərilə məşvərətlərindən və razılıq əldə etmələrindən məmnunluq ifadə edərək deyib ki, hazırkı regional və beynəlxalq şəraitdə və Livan xalqının istəyinə əsasən, bu ölkədə yeni hökumətin təşkili irəliyə doğru və bu ölkə problemlərinin həlli istiqamətində atılan addımdır.

"Livanın yeni hökuməti işğal, zorakılıq, hegemonçuluq sistemi qarşısında müqavimət daxil olmaqla böyük iftixarlara malik olan bu ölkə xalqının tələblərini yerinə yetirə biləcək.", -deyə Seyid Abbas Musəvi əlavə edib.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü daha sonra deyib: " İran ümid edir ki, xalqın istəyi əsasında formalaşmış Livanın yeni hökuməti milli birliyin möhkəmlənməsi sayəsində bütün problemlərə üstün gələcək və özünün Livanın hərtərəfli inkişafı, həmçinin təhlükəsizlik və rifahın yaradılması üzrə proqramlarını həyata keçirə biləcək."

Seyid Abbas Musəvi İranın Livanın yeni hökumətini hərtərəfli şəkildə himayə etdiyini bildirib və İran İslam Respublikasının iki ölkə əlaqələrini daha da genişləndirməyə hazır olduğunu vurğulayıb.

Həssan Diabın baş nazirliyi ilə Livanın yeni nazirlər kabineti ötən çərşənbə axşamı günü gecə rəsmən iyirmi nazirlə təşkil edilib.

Livanın Həririnin baş naziri olduğu sabiq nazirlər kabineti 2019-cu il il oktyabrın 29-da bu ölkə xalqının anti-hökumət aksiyalarının on üçüncü günündə istefa verdi.

Xəbəri paylaş

VİDEOLAR