İran Kəşfiyyatı Kermanda İsrail cəsusunu ələ keçirdiyini bildirib

İran Kəşfiyyatı Kermanda İsrail cəsusunu ələ keçirdiyini bildirib

“İranın Kerman əyalətində təhlükəsizliyə zərbə vurmaq və təxribat törətmək istəyən İsrail cəsusu saxlanılıb".

Az.rasthaber.com "SalamNews"a istinadən xəbər verir ki, bu barədə Kerman Əyalətinin Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, İran İslam İnqilabının Keşikçilər Ordusunun Kəşfiyyat Xidmətinin keçirdiyi əməliyyat çərçivəsində əyalətin təhlükəsizliyinə zərbə vurmaq və təxribat törətmək istəyən İsrail cəsusunun yeri məlum edilib və ələ keçirilib.

Məlumatda bildirilib ki, ticarət sahəsində sahibkar kimi fəaliyyət göstərən bu şəxs bir sıra ölkələrdə olub və son zamanlarda qonşu ölkələrin birindən geri qayıdıb.

İsrail tərəfi bu məlumata münasibət bildirməyib.

Xəbəri paylaş

VİDEOLAR