İran Kəşfiyyat Nazirliyi Mossadın aşkar edilən casus qrupu ilə bağlı təfərrüatları açıqlayıb

İran Kəşfiyyat Nazirliyi Mossadın aşkar edilən casus qrupu ilə bağlı təfərrüatları açıqlayıb

İranın Kəşfiyyat Nazirliyi İranda saxlanılan bir qrup Mossad casusu ilə bağlı bir sıra yeni məlumatlar yayıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İranın Kəşfiyyat Nazirliyi bundan əvvəl İsrailin milli kəşfiyyat xidməti “Mossad”da işləyən cəsuslar şəbəkəsini həbs edib.

İsrail Kəşfiyyat Nazirliyi məsələ ilə bağlı daha ətraflı məlumat verən bəyanat yayıb. 

"Sionist rejimlə əlaqədə olan terrorçuların məqsədi ölkənin müdafiə sənayesinin həyati mərkəzini partlatmaq olub ki, sionistlər bunun üçün ən mürəkkəb kombinə üsullar hazırlayıblar. Qrupun əməliyyat elementləri terrorçu və muzdlu "Komala" qruplaşmasının üzvləridir ki, onlar bu missiya üçün birbaşa olaraq bu qrupun lideri tərəfindən seçilərək Mossad zabitlərinə təqdim ediliblər. Terrorçulardan müsadirə edilən texnikanın miqdarı o qədər çox olub ki, əməliyyat qrupunun üzvlərinin onu birbaşa çıxarması mümkün deyil. Terrorçulardan müsadirə edilən silah və texnikalar arasında əsas hədəfi məhv etmək üçün 8 çox güclü bomba və əsas əməliyyatdan sonra qrupun texnikasını məhv etmək üçün 8 kiçik ölçülü bomba, hədəf idarəetmə sistemlərinin fəaliyyətini pozmaq üçün xüsusi texniki vasitələr, habelə onun uzaqdan partladılması üçün, görünüşü dəyişdirmək üçün alətlər və vasitələrin tam dəsti və barmaq izlərini dəyişdirmək üçün alətlər yer alıb", deyə məlumatda deyilir. 

Xəbəri paylaş

VİDEOLAR