İran kosmosa insan göndərəcək

İran kosmosa insan göndərəcək

İran kosmosa peyk göndərməklə yanaşı, 2025-ci il üçün kosmosa insan da göndərməyi planlaşdırır.

Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Kosmos İnstitutunun başçısı Fəthullah Omi məlumat verib.

İranın aerokosmik sahədəki nailiyyətlərinə işarə edən Omi qeyd edib ki, son illər “Omid”, “Rəsəd”, “Nəvid”, “Fəcr” və “Pəyam” peykləri kosmosa göndərilib.

O deyib ki, ölkəsi milli aerkosmik layihənin əsasında 2025-ci il üçün regionda kosmik sahədə liderlik etməlidir.

Ominin sözlərinə görə, kosmosa insanın göndərilməsi İranın milli nüfuzunun göstəricisidir və bu, müvafiq texnologiyaların inkişafına səbəb olacaq.

Ümümdüya kosmos həftəsinin “Qadınlar kosmosda” şüarına işarə edən Omi əlavə edib:

“Biz bu şüarı salamlayırıq. İdarəetmə sahəsində təcrübəyə sahib olan qadınlar kosmosa göndərilmək üçün ilkin qeydiyyatı keçənlər sırasındadırlar və hazırda lazımi hazırlığı keçməkdədirlər”.

İranlı rəsmi iranlı kosmonavtlar arasında qadının da olacağına ümidini ifadə edib.

Xəbəri paylaş

VİDEOLAR