İran italyan jurnalistin azad edilməsində İlon Maskın rolu olduğunu təkzib edib

İran italyan jurnalistin azad edilməsində İlon Maskın rolu olduğunu təkzib edib

İran Xarici İşlər Nazirliyinin sözçüsü İlon Maskın İranın Nyu-Yorkdakı səfiri ilə əlaqə saxlamasını və onun italyan jurnalistin azad edilməsində rolu olduğunu təkzib edib.

Az.rasthaber.com xəbər verir ki, İsmayıl Bəqayi 16 yanvar 2025-ci il, cümə axşamı səhər jurnalistlərin sualına cavab olaraq, Amerika qəzeti İlon Maskın İranın Nyu-Yorkda BMT-də səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani ilə əlaqə saxlaması və italyan jurnalistin azad edilməsindəki rolu barədə iddianı təkzib edib və bunu media fantastikası və illuziyası kimi qiymətləndirib.

İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin Xarici Media Baş İdarəsi 2024-cü il dekabrın 30-da verdiyi açıqlamada belə elan etdi: İtaliya vətəndaşı xanım Çeçeliya Sala 2024-cü il dekabrın 13-də jurnalist vizası ilə İrana səfər etdi və 19 dekabr 2024-cü il İran İslam Respublikasının qanunlarını pozduğuna görə həbs olundu.

Xəbəri paylaş

VİDEOLAR