İran İsveçdə Qurani-Kərimin yandırılmasını pisləyib

İran İsveçdə Qurani-Kərimin yandırılmasını pisləyib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İsveçdə Qurani-Kərimin yandırılmasını kəskin şəkildə pisləyib.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İsveçdə Qurani-Kərimə hörmətsizlik edilməsinə sərt reaksiya verib.

Kənani İsveç polisi tərəfindən Quranın yandırılmasının dəstəklənməsini “təxribat, düşüncəsiz və qəbuledilməz hərəkət” adlandırıb.

Müqəddəs Kitabları təhqir etmək zorakılıq və nifrətin yayılmasının bariz nümunəsidir.

Kənani bildirib ki, bu hərəkət insan haqları dəyərlərinə ziddir.

Kənani daha sonra əlavə edib:

"İran hökuməti və xalqı dünyanın digər müsəlmanları və azad fikirli insanları kimi bu cür hörmətsizliyə dözə bilməz və biz bu hərəkəti qəti şəkildə pisləyirik.

İsveç hökumətindən bu məsələdə hesabatlılıq və məsuliyyət prinsipinə diqqət yetirməsi və müqəddəs dəyərlərə qarşı təhqirlərin təkrarlanmasının qarşısını alması gözlənilir".

Xəbəri paylaş

VİDEOLAR