İran sionist rejimin xarici kəşfiyyat təşkilatı Mossadın Tehranda ölkənin ən yüksək rütbəli rəsmilərinə qarşı sui-qəsd təhdidləri ilə bağlı Təl-Əviv administrasiyasına xəbərdarlıq edib.
Az.rasthaber.com xəbər verir ki, İran İslam Respublikası İnqilab Keşikçiləri Ordusunun Baş Komandanı general-mayor Hüseyn Səlami Mossad rəhbəri David Barneanın yüksək vəzifəli İran rəsmilərinə qarşı sui-qəsd təhdidlərinə toxunaraq, bu açıqlamaları verib:
"Sionistlər yeni mənasız sözlər işlətməyə başladılar. Bizi sui-qəsdlə hədələyirlər. Ona görə də onlara deyirəm ki, əgər əvvəlki sui-qəsdlər sizi daha təhlükəsiz edibsə, davam edin".
Mossad-ın təhdidləri ilə bağlı İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sionist İsrailin öz qeyri-qanuni məqsədlərinə çatmaq üçün terror aktlarına əl atmaqda rekorda malik olduğunu bildirib və deyib:
"İran sionist rejimin axmaq cəhdlərinə qəti şəkildə cavab verməkdən çəkinməyəcək".