İran İsrailə xəbərdarlıq etdi: Barmaqlar tətikdədir!

İran İsrailə xəbərdarlıq etdi: Barmaqlar tətikdədir!

İran İsrailə xəbərdarlıq etdi.

Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian sionist rejimə xəbərdarlıq edib ki, Livan və Fələstin müqavimət qüvvələri sionist İsrailin Qəzza zolağında quru əməliyyatına cavab vermək üçün "barmaqlarını tətiyə" veriblər.

İranın xarici işlər naziri öz bəyanatında belə deyib:

Onlardan eşitdiklərimə və planlarından belə başa düşürəm ki, onların barmaqları tətikdədir.

Hərəkətlər şahidi olduğunuzdan daha güclü və dərin olacaq.

Ona görə də hesab edirəm ki, vəziyyət belə davam edərsə və Qəzzada və İordan çayının qərb sahilində qadınların, uşaqların və dinc insanların öldürülməsi davam edərsə, hər şey mümkündür.

“Biz həqiqətən də bu münaqişənin yayılmasını istəmirik”.

Xəbəri paylaş

VİDEOLAR