İranın BMT-dəki Daimi Nümayəndəsi bu haqda danışıb
İranın BMT-dəki Daimi Nümayəndəsi aldatma və zülmü sionist İsrail rejimin xarici siyasətinin əsas elementi adlandıraraq deyib: İran İslam Respublikası sionist İsrail rejiminin təhdidləri qarşısında özünümüdafiəni qanuni haqqı bilir.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasının Fələstin mözusu ilə keçirilən iclasında Məcid Təxti Rəvançi deyib: "Sionist İsrail rejimi son beş ildə BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini açıq şəkildə pozaraq, Əhatəli Müştərək Təşəbbüs Proqramını aradan qaldırmaq üçün heç bir fürsəti əldən verməyib. Aldatma və özünü məzlum cilvə vermək sionist İrail rejiminin xarici siyasətində əsas prioritetə çevrilib".
"Bunlar Fələstinlilərə qarşı vəhşiliklərini və cinayətlərini ört-basdır etmək və bölgədəki sabitliyi pozan hərəkətləri gizlətmək üçün istifadə olunur, bu səbəbdən BMT TŞ-ı İsrail rejiminin kin-küdurətli və yalanlarından xəbərdar olmalıdır", deyə Təxti Rəvançi əlavə edib.
"Sionist İsrail rejiminin nümayəndəsi tərəfindən bu gün BMT Nizamnaməsinin 2-ci maddəsini açıq şəkildə pozaraq ortaya çıxarılan təhdid də daxil olmaqla özünümüdafiə və hər hansı bir təhdidə qarşı sərt cavab vermə hüququnu özümüz üçün qoruyuruq və əlbəttə ki, Təhlükəsizlik Şurası da bu qanunsuz rejimin belə bir hərəkətlərinə qarşı çıxmalıdır.”, - deyən Təxti Rəvançi, bir daha İran İslam Respublikasının Fələstin xalqının amallarını, həmçinin fələstinlilərin Qüdsi-Şərifin paytaxtlığı ilə Fələstin ölkəsində öz müqəddəratını təyin etməsini və müstəqil Fələstin dövlətinin qurulmasını dəstəklədiyini vurğulayıb.