İran İsrail rejiminə qarşı başqa cəbhələrin açılması imkanını istisna etmir

İran İsrail rejiminə qarşı başqa cəbhələrin açılması imkanını istisna etmir

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Bağdaddakı təmaslarından sonra təyyarə ilə Beyruta gedib.

Az.rasthaber.com xəbər verir ki, Əmir Abdullahiyan Beyrutda mətbuata verdiyi açıqlamada, Tehranın Fələstinə tam dəstəyini təkrarlayaraq, Fələstin xalqını və müqavimət qruplarını “Əqsa tufanı” əməliyyatına görə təbrik edib.

Əmir Abdullahiyan sionist İsrailin Qəzza xalqına qarşı törətdiyi cinayətlərə reaksiya verərək deyib:

"Biz bu gün Beyrutdayıq ki, İslam ölkələri və xalqı Qəzza və Fələstin xalqına qarşı törədilən hərbi cinayətlərə dözməyəcəklərini yüksək səslə bəyan edirik".

Əmir Abdullahiyan deyib:

''Bəzi Qərb səlahiyyətliləri bölgədə yeni bir cəbhənin açılıb açılmayacağını soruşurlar. Bölgədə yeni cəbhənin açılması ehtimalı sionist rejimin Qəzzadakı hərəkətlərindən asılıdır". 

Sionist İsrailin Qəzzaya son hücumlarını müzakirə etmək üçün Bağdada gedən əmir Abdullahiyan İraqın paytaxtı Bağdadda İraqın baş naziri Məhəmməd Şiyə əl-Sudani və milli təhlükəsizlik müşaviri Qasim əl-Əraci ilə görüşüb.

Xəbəri paylaş

VİDEOLAR