İran xarici işlər nazirinin müavini Əli Baqiri İsrailin mümkün hücumuna saniyələr ərzində cavab verəcəklərini bildirib.
Az.rasthaber.com xəbər verir ki, dövlət televiziyasında iştirak etdiyi proqramda danışan Baqiri, İsrailin İranın Dəməşqdəki konsulluğuna hücum edərək “strateji səhv” etdiyini bildirib.
Bakıri İranın bununla da, özünümüdafiə çərçivəsində hərbi və müdafiə qabiliyyətini nümayiş etdirdiyini bildirib və əlavə edib:
"Sionist rejim bilməlidir ki, əgər növbəti səhvə yol versə, 12 gün qalmayacaq və cavab günlərlə, saatlarla deyil, saniyələr içərisində veriləcək.".
İranın hər ehtimala hazır olduğunu bildirən Baqiri bildirib:
"Sionistlər ikinci səhvə yol verməməlidirlər, çünki İranın reaksiyası daha sərt, daha güclü və daha sürətli olacaq".