İran İŞİD-ə bağlı iki qrupu zərərsizləşdirib

İran İŞİD-ə bağlı iki qrupu zərərsizləşdirib

İranın cənub-şərqində Sistan-Bəluçistan əyalətində İŞİD terror təşkilatına bağlı olan iki silahlı qrup zərərsizləşdirilib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, kəşfiyyat və polis qüvvələrinin İslam İnqilabı Keşikçilər Ordusu ilə birgə əməkdaşlığı nəticəsində İŞİD terror təşkilatına beyət etmiş, xaricdən dəstəklənən iki qrup zərərsizləşdirilib.

Onların ölkənin cənub-şərq bölgələrində təxribat planlamaları müəyyən edilib.

Məlumata görə, ələ keçənlərin arasında Tacikistan və Əfqanıstan vətəndaşları da var.

Xəbəri paylaş

VİDEOLAR