İran: İşğalçı İsrail yüzlərlə nüvə başlığı ilə regionda ciddi təhdiddir

İran: İşğalçı İsrail yüzlərlə nüvə başlığı ilə regionda ciddi təhdiddir

“Qeyri legitim və saxta İsrail rejimi işğalçılığı, cinayəti, habelə malik olduğu yüzlərlə nüvə başlığı ilə regionumuzun təhlükəsizliyi üçün ciddi təhdiddir.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan tvitter hesabında yazıb.

O, İsrailin vəzifə müddəti bitmiş müvəqqəti baş naziri Yair Lapidin İranın ünvanına dediyi fikirlərə cavab olaraq tvitter səhifəsində yazıb ki, regionun təhlükəsizliyi üçün ən ciddi təhdid İsraildir.

İsrailin yüzlərlə nüvə başlığı olduğunu və digər ölkələrin ərazilərindən işğal etdiyini yazın İran XİN rəhbəri bölgənin təhlükəsizliyinə əsas təhdidin İsrail olduğunu yazıb.

“Şübhəsiz gələcək, Fələstin torpağının əsl sakinlərinin olacaq”, deyə o tvitter paylaşımında əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR