İran İslam Respublikası Ordusu sabah İsfahan vilayətində elektron döyüş təliminə başlayacaq.
Az.rasthaber.com İran Ordusu sabah İsfahan vilayətində “Əyalət Ərazi Qalxanı-1401” adlı elektron döyüş təliminə başlayacaq.
Elektron müharibə ilə bağlı fəaliyyətlərin aparılacağı təlimdə yeni sistem və texnikalar sınaqdan keçiriləcək.
Qeyd edək ki, ötən ilin sentyabrında İsfahan vilayətində “İktidar-1401” adlı hərtərəfli hərbi təlim keçirilib.