İran ordusu İraqın şimalında yerləşən və terrorçular tərəfindən istifadə edən bazaya zərbə endirib.
Az.rasthaber.com “İran.ru”-ya istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Ordusundan (Sepah) bəyan edilib.
Bildirilib ki, keçirilmiş əməliyyatdan bir müddət öncə İran daxilində diversiya əməliyyatlarına hazırlaşan terror qruplaşmasının 5 üzvü ələ keçirilib.
Həbs edilən şəxslərin etirafları əsasıda İraqın şimalında terrorçulara məxsus qərargahın yeri müəyyən edilib və oraya artilleriya və raket zərbələri endirilib.