İran İslam İnqilabının Keşeikçilər Ordusu İraqın şimalında Kürdüstan Regional Hökumətinin nəzarətindəki ərazilərə PUA, raket və artileriyadan zərbələr endirib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, ötən gecə İraqın şimalında Süleymaniyyə və Ərbil əyalətlərinin ərazisinə İran tərəfindən PUA, raket və artileriyadan zərbələr endirilib.
Ərbilin Kuysanjaq rayonunda separatçı kürd birləşmələrinin o cümlədən “Komala” təşkilatı və “İran Kürdüstan Demokratik Partiyası”nın mövqeləri hədəfə alınıb.
Qeyd edək ki, İran təhlükəsizlik qüvvələri ötən gün Qərbi-Azərbaycan əyalətinin Mahabad şəhərində geniş əməliyyat həyata keçirərək, iğtişaşçı və silahlılardan həbs ediblər.
Associated Press-in məlumatına görə, Sepah generalı İsmayıl Qəani bundan öncə İraqa səfəri çərçivəsində Bağdad və Ərbil rəsmilərinə terrorçuların mövqelərinə zərbələrin endiriləcəyi barədə qarşı tərəfi xəbərdar edib.