İran-İraq təhlükəsizlik sazişi ilə bağlı MÜHÜM AÇIQLAMA

İran-İraq təhlükəsizlik sazişi ilə bağlı MÜHÜM AÇIQLAMA

İraqın xarici işlər naziri Fuad Hüseyn ölkəsinin İranla təhlükəsizlik razılaşmasını həyata keçirməyə başladığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, İraq mediasının məlumatına görə, İraqın xarici işlər naziri Fuad Hüseyn dünən Bağdadda avstriyalı həmkarı Aleksandr Şallenberqlə görüşdən sonra birgə mətbuat konfransı keçirib.

Mətbuat konfransında açıqlama verən Hüseyn İranla təhlükəsizlik razılaşmasına toxunaraq, silahlı qrupların sərhədi keçməsinə və İran hökumətinə qarşı silah işlətməsinə icazə verməyəcəklərini vurğulayıb.

Fuad Hüseyn deyib:

"İran, İraq və KRG hökumətləri ilə razılaşmaya uyğun olaraq, sözügedən qrupların sərhəd bölgələrindən çıxarılması üçün lazımi addımlar atılıb və onlar İraq və KRG daxilində dərinliklərdə yerləşən ucqar yerlərdə qurulan düşərgələrə yerləşdirilib. İraq tərəfi İranla bağlanmış müqaviləni icra etməyə başladı.".

Xəbəri paylaş

VİDEOLAR