İran inqilab fəcri tədbirlərində balistik raketlərini nümayiş etdirib

İran inqilab fəcri tədbirlərində balistik raketlərini nümayiş etdirib

İnqilab qələbəsi tədbirlərində üç ədəd ballistik raket Tehranın Azadi meydanında nümayiş etdirilib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki,  "Zolfəqare Bəsir", Dezful və Qiyam ballistik raketləri Tehranda keçirilən İslam İnqilabının 42-ci fəcri mərasimində sərgilənib.

Zolfəqar raketləri ailəsindən olan Dezful ballistik raketi min kilometrlik mənzillə Sepah-ın hava-kosmos qüvvələrinin "yer-yer" tipli taktiki ballistik raketlərindən sayılır.

"Zolfəqare Bəsir" raketi Zolfəqar tipindən olan raketlərin ən yeni nümunəsidir. 700 kilometrlik mənzilə malik olan bu raket optikal axtarıcı başlığı ilə təchiz olunaraq, dənizdəki düşmən gəmilərini hədəfə almaq qabiliyyətinə malikdir.

800 kilometrlik mənzilli Qiyam ballistik raketləri isə mənzilin sonunadək istiqamətləndirən başlıq ilə təchiz edilmiş Qiyam-1 və Qiyam-2 tiplərinə malik olaraq, İranın digər dəqiq raketlərindəndir. ABŞ-ın İraqdakı Əynuləsəd hərbi bazasının hədəfə alınmasında bu raketdən istifadə olunub

Xəbəri paylaş

VİDEOLAR