İran İngiltərə və Aİ-nin son sanksiyalarını pisləyib

İran İngiltərə və Aİ-nin son sanksiyalarını pisləyib

İran İngiltərə və Avropa İttifaqının (Aİ) sanksiyalarını “özbaşına” və “qanunsuz” adlandıraraq, cavab vermək hüququnu özündə saxladığını bildirib.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani verdiyi yazılı açıqlamada İngiltərə və Aİ-nin ölkəsinə qarşı son sanksiyalarını pisləyib.

Fransada keçirilən genişmiqyaslı nümayişlərə və polisin müdaxiləsinə işarə edən Kənani bildirib ki, Avropanın son dövrdə İrana qarşı tətbiq etdiyi qarşıdurma meyilli yanaşmanın məqsədi ictimaiyyəti Avropada getdikcə pisləşən iqtisadi və sosial böhranlar ilə sistemli şəkildəki hüquq pozuntularından yayındırma təşəbbüsdür.

Kənani “Bəzi avropalı tərəflər digər ölkələrin daxili işlərinə qarışmaqdansa, zorakılıq rəftarlardan və etirazçılara təzyiqlərdən imtina edərək, öz bölgələrindəki insanların tələblərinə qarşı məsuliyyətlə və humanist yanaşmalıdır" ifadələrindən istifadə edib.

Aİ və İngiltərənin son sanksiyalarını “özbaşına” və “qanunsuz” adlandıran Kənani bildirib ki, ölkəsi bu cür sanksiyalara cavab vermək hüququnu özündə saxlayır.

Qeyd edək ki, İngiltərə və Aİ martın 20-də ayrı-ayrı bəyanatlarında İranda bəzi yüksək səviyyəli məmurlara qarşı "insan hüquqlarının pozulması" səbəbi ilə sanksiya tətbiq etdiklərini açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR