İran hərbi təlimlərdə balistik raketlərdən istifadə etdi

İran hərbi təlimlərdə balistik raketlərdən istifadə etdi

İran hərbçiləri yerin altında yerləşən buraxıcı qurğulardan ballistik raketlərin uğurlu buraxılışını həyata keçiriblər.

 Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran hərbçiləri hərbi təlimlər zamanı yerin altından ballistik raketlər buraxıblar.

İran İslam İnqilabı Keşikçiləri Ordusu (Sepah) Fars körfəzi və Hörmüz boğazının qərbində keçirilən “Böyük Peyğəmbər – 14” kod adlı manevrlərin yekun mərhələsinə başlayıb. Təlimlərdə HDQ və Aerokosmik Qüvvələr də iştirak edir.

Məlumata görə, İran hərbçiləri yerin altında yerləşən buraxıcı qurğulardan ballistik raketlərin uğurlu buraxılışını həyata keçiriblər.

Təlimlər zamanı İran Silahlı Qüvvələri ilk dəfə olaraq “Nur” hərbi peykindən məlumatlar əldə ediblər. Adıçəkilən peyk İranın ilk hərbi peykidir və cari ilin aprel ayında orbitə çıxarılıb.

Bundan başqa, təlimlər zamanı İran xüsusi gəmi maketindən istifadə edərək ABŞ qırıcıdaşıyan gəmisinə qarşı əməliyyatı da məşq edib.

Sepah komandanı Hüseyn Salami təlimləri şərh edərkən bildirib ki, Tehranın siyasət və strategiyası həyati əhəmiyyətə sahib maraqların qorunmasına yönəlib və müdafiə xarakteri daşıyır. Lakin əlavə edib ki, düşmənin hücum versiyası da nəzərə alınaraq, təlimlər zamanı həmlə məşqləri də keçirilib.

Xəbəri paylaş

VİDEOLAR