Təlimlərdə kadrlar İran dövlət televiziyası tərəfindən yayımlanıb.
Rasthaber xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Ordusu (Sepah) ölkənin mərkəzi hissəsində yerləşən Dəşti-Kəvir səhrasında genişmiqyaslı təlimlərə başlayıb.
“Böyük Peyğəmbər – 15” təlimlərinin gedişatını Sepah komandanı general Hüseyn Salami və Hava Kosmik Qüvvələrinin komandanı general Əmir Əli Hacızadə, həmçinin digər yüksək rütbəli hərbi qulluqçular izləyiblər.
Təlimlərin ilkin mərhələsində yeni nəsil “yer-yer” sinifli raketlər buraxılıb, bombardmançılar və zərbə PUA-larından istifadə edilib.
Təlimlərdə kadrlar İran dövlət televiziyası tərəfindən yayımlanıb.
Təlimlər çərçivəsində “Zülfüqar”, “Dizful” və “Zilzal” ballistik raketləri sınaqdan keçirilib. Bildirilir ki, adıçəkilən raketlər atmosferin hüdudlarından çıxaraq düşmənin raketəleyhinə qalxanlarını zərərsizləşdirə bilir.