Şəhram İrani düşmənlərin istənilən avantürasına qətiyyətlə cavab veriləcəyini bildirib.
Az.rasthaber.com xəbər verir ki, İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani düşmənlərin istənilən avantürasına qətiyyətlə cavab veriləcəyini bildirib.
“Düşmənlərin istənilən hücumuna reaksiyamız çox sərt olacaq və onlara ağır zərbə vurulacaq.”, - iranlı admiral deyib.
İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani “Əl-Mayadin” telekanalına müsahibəsində bildirib: “Düşmənlərin təhdidləri onların zəifliyindən qaynaqlanır və onlar bizə qarşı özünü göstərmək istəyirlər.”
Admiral əlavə edib: “Ötən onilliklər ərzində biz düşmənlərin bütün təhdid və sui-qəsdləri, onların sanksiyaları ilə mübarizə aparmışıq və bundan sonra da mübarizə aparacağıq.”
Şəhram İrani vurğulayıb: “İslam İnqilabının Böyük Rəhbərinin dediyi kimi, düşmənlərin hərəkətləri qarşısında mülayimlik göstərməyəcəyik, reaksiyamız hesablanmış və vaxtında olacaq.”