“Heç bir sanksiya İran xalqının inkişafının qarşısını ala bilməz.”
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan rəsmi tvitter hesabında yazıb.
İki gün öncə İranda “Nur-2” adlı kəşfiyyat süni peykinin orbitə müvəffəqiyyətlə buraxılmasına münasibət bildirən XİN rəhbəri, bu nəaliyyətin sanksiya dönəmində baş verdiyini vurğulayıb.
“Allahın lütfü, Sepahın yaşıl geyimliləri və iranlı alimlərin səyi ilə Nur-2 süni peyki Qasid peykdaşıyıcısı ilə orbitdə yerləşdirilib. Heç bir sanksiya böyük İran xalqının inkişafının qarşısını ala bilməz. Bu müqavimətli baxışla bütün iqtisadi, sənaye o cümlədən maşınqayırmada dünya səviyyəli çiçəklənməyə nail olmaq mümkündür”, deyə Hüseyn Əmir-Abdullahiyan əlavə edib.