İran: Günahsız insanları öldürmək sionist rejimin xarakterik xüsusiyyətinə çevrilib

İran: Günahsız insanları öldürmək sionist rejimin xarakterik xüsusiyyətinə çevrilib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İsrailin işğal altındakı İordan çayının qərb sahilində Ceninə hücumunu “dövlət terroru” adlandırıb.

Az.rasthaber.com xəbər verir ki, Kənani deyib:

"Sionist rejim ordusunun Cənin şəhərinə həyata keçirdiyi hava, quru və raket hücumları cinayət əməli və dövlət terrorunun bariz nümunəsidir. Cinayət törətmək sionist rejimin xarakterinə çevrilib. Biz şiddətlə bu qətli lənətləyirik.

Fələstin xalqının öz torpaqlarını müdafiə etmək hüququ var.

Sionistlərin hücumlarına qarşı Fələstin xalqının hüquqlarını müdafiə etmək beynəlxalq ictimaiyyətin üzərinə düşür.

İslam Əməkdaşlıq Təşkilatının bu sahədə ciddi və təsirli addımlar atacağı gözlənilir”.

Xəbəri paylaş

VİDEOLAR