İran prezidenti Məsud Pezeşkian Qətərdə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ilə görüşüb.
Az.rasthaber.com xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ilə görüşündə İslam ölkələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Pezeşkian deyib:
"Səudiyyə Ərəbistanı kimi İslam ölkələrini öz qardaşımız kimi görür və fikir ayrılıqlarını bir kənara qoyaraq, artan yaxınlıq və birliyi vurğulayırıq".
Səudiyyə Ərəbistanının İsrailin hücumlarının dayandırılmasında mühüm rol oynaya biləcəyinə işarə edən Pezeşkiyan deyib:
"Əgər sionist rejim bu gün Qəzzada soyqırım törətməyə cəsarət edirsə, bu, İslam ölkələrinin laqeydliyi ilə bağlıdır. Bu təcavüzə qarşı birləşməsək, sabah Qəzza və Livandan sonra növbə digər İslam ölkələri və şəhərlərinə çatacaq”.
Bin Fərhan sionist İsrailin bölgədəki təcavüzünə toxunaraq, Təl-Əviv rəhbərliyinin müharibəni bütün bölgəyə yaymağa çalışdığına işarə edərək deyib:
“Vəziyyəti idarə etməkdə sizin müdrikliyinizi və nəzakətinizi yüksək qiymətləndiririk və eyni zamanda, regionda sülhün və əmin-amanlığın təmin edilməsində rol oynayacağımıza tam inanırıq”.