İran G7-nin Maliyyə və Mərkəzi Bank Rəhbərləri Toplantının yekun bəyanatında Tehrana qarşı ittihamları “əsassız” adlandıraraq pislədiyini bildirib.
Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Yaponiyada keçirilən G7 Maliyyə və Mərkəzi Bank Rəhbərləri Toplantısının yekun bəyanatında İrana qarşı ittihamlara reaksiya verib.
Kənani deyib:
"Köhnə üsullarla beynəlxalq mexanizmlərə öz tələblərini qoymağa çalışan G7 üzvləri əsassız ittihamlar səsləndirmək əvəzinə, ABŞ-ın İran xalqına qarşı beynəlxalq hüququn təməl prinsiplərini və insan haqlarını pozan sanksiyalarından gileylənməyi dayandırmalıdır.
Birtərəfli və ədalətsiz tədbirlərdə iştirak edən və təsdiqləyən G7 üzvləri İran xalqı və beynəlxalq ictimaiyyət qarşısında hüquqların kobud şəkildə pozulmasına və qanunsuz hərəkətlərə görə cavabdeh olmalıdırlar.".
Qeyd edək ki, ABŞ, Almaniya, İngiltərə, Kanada, Fransa, İtaliya və Yaponiyadan ibarət G7 ölkələrinin Maliyyə və Mərkəzi Bank rəhbərləri Yaponiyanın Niiqata şəhərində görüşüblər.