Rəsmi Tehran Talibanı sərhəddə son insidentin günahkarlarını cəzalandırmağa çağırıb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kanani, Əfqanıstanla sərhəddə baş verən atışma ilə bağlı, habelə burada bir sərhədçisinin ölümü ilə bağlı Talibana çağırış edib.
İran Talibanı bu hadisənin səbəblərini aydınlaşdırmağa, cinayətkarların aşkarlanması və onlara qarşı ədalətli cəza tətbiq etməyə çağırıb.
Qeyd edək ki, İranla Əfqanıstan sərhədində ötən gün baş verən atışmada bir iranlı sərhədçi ölüb.
Taliban hərəkatı onun qüvvələri ilə İran sərhədçiləri arasında atışmanın olmadığını bildirib. İran KİV-lərinin məlumatına görə silahlılar ölkəyə daxil olmağa cəhd edib, lakin sərhədçilərin qarşılıq verməsindən sora geri dönüblər.