İran Fars körfəzi və Hörmüzdə hərbi təlimlərə başlayır

İran Fars körfəzi və Hörmüzdə hərbi təlimlərə başlayır

İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) Fars körfəzi və Hörmüz boğazında hərbi dəniz təlimləri keçirəcək.

Az.rasthaber.com “mehrnews”ə istinadən xəbər verir ki, bu barədə Sepah komandanı kontr-admiral Əlirza Təngsiri bildirib.

O deyib ki, bu təlim qonşu ölkərə qarşı deyil.

Təngsiri qeyd edib ki, bu, kənar güclərə qarşı güc nümayişidir və burada Sepahın hərbi-dəniz donanmasının imkanlarının kiçik bir hissəsi istifadə ediləcək.

Əlavə edilib ki, təlimlər hərbi-dəniz qüvvələrinin istənilən qeyri-regional güclərin aqressiyasına qarşı mübarizəyə hazırlıq səviyyəsini artıracaq.

“Təlimlər bizim regionda təhlükəsizliyi təmin etmək qabiliyyətimizi nümayiş etdirir”, – deyəl o vurğulayıb.

Xatırladaq ki, bu yaxınlar İran yeraltı hərbi dəniz anbarının təqdimatını həyata keçirib.

Xəbəri paylaş

VİDEOLAR