İran: Emosional davranışın mənfi nəticələri Avropaya baha başa gələcək

İran: Emosional davranışın mənfi nəticələri Avropaya baha başa gələcək

“Şübhəsiz ki, emosional davranışın mənfi nəticələri Avropaya baha başa gəlir və buna görə də düzgün yol diplomatiya, konstruktiv qarşılıqlı fəaliyyət və rasionallığa diqqət yetirməkdir.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında çıxışı zamanı deyib.

O, son günlərdə Avropa Parlamentinin Sepah-ı terror siyahısına salmaqla bağlı səsverməsinə, habelə Avropa İttifaqının ötən gün İrana bəzi sanksiyalar tətbiq etməsinə münasibət bildirib və qeyd edib ki, emosional davranış qarşı tərəfə baha başa gələcək.

Bu arada İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani Avropa tərəfinin ötən günkü sanksiyalarını qənayaraq deyib:

“Tezliklə İran İslam Respublikası Avropa İttifaqı və İngiltərədə insan haqlarını pozan və terroru təbliğ edənlərə qarşı yeni sanksiyalar siyahısını açıqlayacaq.”

Xəbəri paylaş

VİDEOLAR