İranın Hava Hücumundan Müdafiə Komandanı, briqada generalı Əliriza Səbahiferd düşmənin ölkə ətrafında bütün hərbi fəaliyyətlərinin anbaan izlənildiyini bildirib.
Az.rasthaber.com xəbər verir ki, İranın Hava Hücumundan Müdafiə komandanı briqada generalı Əliriza Səbahifərd ölkənin qərb bölgələrinə və müdafiə qruplarına səfəri zamanı verdiyi açıqlamada, hava hücumundan müdafiə sistemlərinin radar, raket və PUA sistemlərinin düşmənin ölkənin hər yerində, xüsusilə Fars körfəzindəki bütün hərbi fəaliyyətlərini izlədiyini qeyd edərək deyib:
"Ölkəmizin bütün coğrafi sərhədlərində ordunun hava hücumundan müdafiəsinin tam yerli və yeni silahları əcnəbilərdən gələ biləcək hər hansı təhlükəyə qarşı düşmənlərə sərt zərbələr endirmək üçün istifadə olunacaq".
Qərblilərin psixoloji fəaliyyətlərinin daha çox zəifliklərindən qaynaqlandığını bildirən briqada generalı Səbahifərd deyib:
"Bu gün ordunun hava hücumundan müdafiəsinin gücü bütün hərbi bərabərliyi alt-üst edib, eyni zamanda Yaxın Şərqdəki düşmənləri məyus edib".