İranlı alimlər və mütəxəssislərin səyləri nəticəsində və "yüksək güclü lazer" istehsal etmək üçün texniki biliklərə sahib olmaqla, İran bu tip lazerləri istehsal edən beşinci ölkə olub.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, İsfahanın "Fulad Mobarəkə" şirkətinin direktor müavini Seyid Mehdi Nəqəvi 10 kilovatlıq "yüksək güclü" lazerin istilik sınağının uğurla keçdiyini açıqlayıb.
O bildirib ki, cari ilin may ayından etibarən "Fulad Mobarəkə" şirkətində bu lazer Almaniyanın istehsal etdiyi qaz lazerlərini əvəz edəcək.
"Fulad Mobarəkə" şirkətinin optik və lazer sərgisində İranın Lazer üzrə Elm və Texnologiya Mərkəzi ilə "10 kilovatlıq yüksək güclü və fiber lazer"lərin istehsalı üzrə müqavilə imzaladıq və hazırda lazerin istilik sınağı uğurla başa çatıb və İran yüksək güclü lazerin istehsalı gücünə sahibdir. Əgər ölkədə yüksək güclü lazerlərin istehsalı reallaşmasaydı, "Fulad Mobarəkə" şirkətində soyuq məhsulların istehsalı problemlə üzləşəcəkdir", -deyə Seyid Mehdi Nəqəvi əlavə edib.
Seyid Mehdi Nəqəvi lazeri, sənayedəki ən bahalı məhsullardan biri kimi xarakterizə edərək deyib: "Hazırda lazerlə işləyən qaynaq və kəsmə maşınlarının istehsalı üçün zəmin yaranıb".