İran: Danışıqlar masası arxasında ABŞ-a güzəştə getməyəcəyik!

İran: Danışıqlar masası arxasında ABŞ-a güzəştə getməyəcəyik!

“Amerikalılar təsəvvür etməsinlər ki, təzyiq və sanksiya tətbiq etməklə danışıqlarda bizdən imtiyaz ala biləcəklər. Onlar gərək əlavə yersiz tələblərdən əl çəksinlər”

Az.rasthaber.com Mehr-ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

İran XİN rəhbəri Avropa Birliyinin xarici siyasət rəsmisinin nüvə sazişini canlandırmaq üçün yekun razılaşma kimi təklif etdiyi yeni layihənin mətnini nəzərdən keçirdiyini bildirib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib:

“Mən qeyd etmək istərdim ki, Amerikanın bu hərəkətinə cavab olaraq, verilən qərar əsasında dünən gecədən etibarən yüzlərlə yeni nəsil sentrifuqanın qazlaşdırılması ilə bağlı hərəkətə keçdik. Amerikalılar bu hərəkətləri ilə danışıqlar masası arxasında xal əldə etdiklərini düşünməsinlər.Biz məntiq və danışıq adamlarıyıq və güclü razılığa gəlməyə ciddi yanaşırıq, amma Amerika tərəfi bu yolda davam etmək istəyirsə biz də heç vaxt əllərimizi bağlamayacağıq.”

Qeyd edək ki, dünən ABŞ İran neftinin və neft-kimya məhsullarının ixracını məhdudlaşdırmaq məqsədi ilə yeni sanksiyalar tətbiq edib.

Xəbəri paylaş

VİDEOLAR