İran Xarici İşlər Nazirliyinin sözçüsü Danimarkada Qurana hörmətsizliyi kəskin şəkildə pisləyib.
Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü dünyanın istənilən yerində Qurani-Kərimə hücumla effektiv mübarizə aparmaq üçün İslam dövlətləri və xalqlarının birliyinin vacibliyini vurğulayıb.
Kənani deyib:
"İnanırıq ki, müsəlmanlar İslamın müqəddəsliyinə və dəyərlərinə hörmətsizliyə və pərdəarxası bədxahlara qarşı duracaq və onları birlikləri ilə rüsvay edəcək".
Kənani bildirib ki, İran rəsmiləri məsələ ilə bağlı İslam ölkələri ilə əlaqə saxlayır:
"İran hökuməti Qərbin sözdə ifadə azadlığının kölgəsində insan ləyaqətini hədəf alan 21-ci əsrin cəhaləti ilə mübarizə səylərini davam etdirəcək.
Danimarka hökuməti Qurana və İslam dəyərlərinə qarşı təhqirlərin qarşısını almağa və fəalları cəzalandırmağa borcludur və İslam dünyası Danimarka hökumətinin bununla bağlı əməli addımlarını gözləyir".