İran Çinə nota verib

İran Çinə nota verib

İranın Çindəki səfirliyi Pekinə rəsmi notanı təqdim edib.

Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın bu ölkədəki səfiri Məhəmməd Keşavərzadə bildrib.

Etiraz notasını təqdim edərkən yüksək vəzifəli çinli məmurlarla görüşdə Çinin diplomatik təsisatını regional problemlərə diqqət yetirməyə çağırdım“, – deyə o qeyd edib.

Keşavərzadə deyib ki, Çin tərəfi İranın ərazi bütövlüyünə hörmətlə yanaşdığını təsdiq edib və iki ölkə arasındakı münasibətləri strateji hesab edir, həmçinin Qərbi Asiya regionunda təkcə İranla imzalanan 25-illik planı qeydedilən əlaqələrin əlaməti adlandırıb.

Xatırladaq ki, daha öncə İran prezidenti Seyid İbrahim Rəisi Çin XİN başçısının müavini Xu Çunxua ilə görüş zamanı bəyan edib ki, Çin sədri Si Cinpinin regiona etdiyi son səfər zamanı səsləndirdiyi bəzi mövqelər İran xalqı və hökumətinin narazılığına səbəb olub və rəsmi Tehran təzminat tələb edir.

Xu Çunxua deyib ki, Çin hər zaman İran İslam Respublikasının suverenlik və ərazi bütövlüyünə hörmətlə yanaşıb və əlavə edib ki, Pekin Tehranın öz əsas maraqlarının müdafiəsi üzrə səylərini dəstəkləyir.

Xəbəri paylaş

VİDEOLAR