İran BMT-nin Qadınlar üzrə Komissiyasından çıxarılmasına münasibət bildirib

İran BMT-nin Qadınlar üzrə Komissiyasından çıxarılmasına münasibət bildirib

İran ABŞ-ın təklifi ilə BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyadan çıxarılmasını, “hüquqi əsası olmayan, nizamnaməyə zidd siyasi addım və bu beynəlxalq qurumda yanlış prosedur yaratmaq cəhdi” kimi qiymətləndirib və ABŞ hökumətinin bu addımını kəskin pisləyib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani deyib.

Kənani BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasında ölkəsinin üzvlüyünün dörd illik ləğv edilməsinə belə münasibət bildirib:

“İran son on ildə (2011-ci ildən indiyədək) iki dəfə Qadınların Vəziyyəti üzrə Komissiyanın üzvü olub və ötən ilki seçkilərdə maksimum səslə (ECOSOC-un 54 üzvündən 43 səs) üçüncü dəfə bu qurumun üzvlüyünü qazanıb…Amerikanın İran İslam Respublikasına qarşı bu qərəzli hərəkəti birtərəfli siyasi tələblər irəli sürmək və beynəlxalq qurumlarda seçki proseduruna məhəl qoymamaq cəhdidir."

O əlavə edib: Qadınları Vəziyyəti üzrə Komissiyanın qanuni üzvlüyündən məhrum edilməsi siyasi bidətdir, bu beynəlxalq təşkilatı nüfuzdan salır və eyni zamanda beynəlxalq institutların gələcəkdə sui-istifadəsi üçün birtərəfli prosedur yaradır. Məsələnin gülünç tərəfi də budur ki, məzlum Fələstin xalqına qarşı mütəşəkkil cinayətlər törədən saxta İsrail rejimi ABŞ-ın dəstəyi ilə Qadınların Vəziyyəti üzrə Komissiyanın üzvü seçilib.”

Xəbəri paylaş

VİDEOLAR