İran BMT-ni Yəmənə yardım etməyə çağırıb

İran BMT-ni Yəmənə yardım etməyə çağırıb

İran xarici işlər nazirinin baş müşaviri Əli Əsgər Hacı Birləşmiş Millətlər Təşkilatının (BMT) Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq ilə görüşüb.

Az.rasthaber.com Mehr-ə istinadən xəbər verir ki, görüşdə Yəməndə baş verən son hadisələr, atəşkəs prosesindəki problemlər və davamlı sülhün əldə edilməsi üçün səylər müzakirə edilib.

Hacı Səudiyyə koalisiyasının atəşkəs nizamnaməsinə əməl etməli olduğunu və Yəmən xalqına humanitar yardımların çatdırılması qarşısındakı maneələrin dərhal aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Yəməndə sülh danışıqlarını sürətləndirmək üçün BMT-nin gördüyü tədbirlər barədə İran rəsmisini məlumatlandıran Hans Qrundberq vurğulayıb ki, tərəflər arasında daha çox etimad yaratmaq üçün siyasi danışıqlar davam etdirilməlidir.

BMT rəsmisi Qrundberq müvəqqəti atəşkəsin uzadılmasını indiki vəziyyətdə “ən yaxşı variant” kimi dəyərləndirib və bu kontekstdə tərəflərdən daha həssas davranmalarını istəyib.

Xəbəri paylaş

VİDEOLAR