İran BMT-ni İsrail cinayətlərinə son qoymaq üçün təcili tədbirlər görməyə çağırıb

İran BMT-ni İsrail cinayətlərinə son qoymaq üçün təcili tədbirlər görməyə çağırıb

İran İslam Respublikasının BMT-dəki Nümayəndəliyi fələstinli “Əl-Cəzirə” telekanalının müxbiri Sirin Əbu Akilenin şəhadətini pisləyib və BMT başda olmaqla, Təhlükəsizlik Şurasını bu rejimin terror cinayətlərinə son qoymaq üçün təcili tədbirlər görməyə çağırıb.

Az.rasthaber.com "Tasnim"ə istinadən xəbər verir ki, İranın BMT-dəki missiyasının müşaviri Məhəmməd Rza Səhrai dünən BMT İnformasiya Komitəsinə verdiyi açıqlamada deyib:

"Şirin Əbu Əqilə Fələstin xalqının şücaətinin səsi və uzun müddət dözmək məcburiyyətində qaldığı zülmkar işğal və təcavüzə qarşı müqavimət və əzmin milli simvolu oldu".

Səhrai deyib ki, Əbu Əqilənin terrorist İsrail rejimi tərəfindən şəhid edilməsi bu rejimin fələstinlilərə qarşı törətdiyi cinayətləri və beynəlxalq hüquq və normaları kobud şəkildə pozmasını, həmçinin jurnalistlərə qarşı zorakılığı ört-basdır etmək məqsədi daşıyan uzunmüddətli müharibənin bir hissəsidir.

İranlı rəsmi bildirib:

"Fələstin də beynəlxalq ictimaiyyətin İsrailin Fələstin xalqına və regionun digər ölkələrinə qarşı davam edən hərbi cinayətləri və terrorizminə qarşı hərəkətsizliyinin növbəti qurbanıdır.

İran İslam Respublikası Əbu Əqilənin şəhadətini pisləməklə yanaşı, Birləşmiş Millətlər Təşkilatını, xüsusilə də Təhlükəsizlik Şurasını İsrailin təcavüzü və cəzasızlığına son qoymaq üçün təcili tədbirlər görməyə, Fələstin xalqını dəstəkləməyə və bu rejimi onilliklər boyu davam edən qətllərə görə məsuliyyət daşımağa çağırır".

Xəbəri paylaş

VİDEOLAR