İran: BMT ABŞ-ın yeni qətnaməsini rədd edəcək

İran: BMT ABŞ-ın yeni qətnaməsini rədd edəcək

Şura üzvlərinə yerli vaxtla çərşənbə günü səhər saatlarınadək öz rəylərini bildirmək üçün fürsət verilib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranın BMT-dəki səfiri Məcid Təxti Ravançi dünən gecə ABŞ-ın İrana qarşı yeni qətnamə layihəsinə reaksiyada, öz Tvitter səhifəsində yazıb: "Təhlükəsizlik Şurasına üzv ölkələrin müxalifəti ilə ABŞ bir daha İrana qarşı silah embarqosu ilə bağlı irəli sürdüyü qətnamə layihəsindən geri çəkilməyə məcbur oldu və bu gün başqa bir versiya təqdim edti ki, bu da 2231 saylı qətnamənin pozulması deməkdir.

"Yeni qətnamə layihəsi mahiyyət və hədəf baxımından keçmişdəki nümunələrin oxşarıdır; Əmin olun ki, Təhlükəsizlik Şurası bir daha onu rədd edəcək", -deyə Məcid Təxti Ravançi əlavə edib.

Tramp administrasiyası BMT Təhlükəsizlik Şurasının təsdiqlədiyi və beynəlxalq bir anlaşma olan Əhatəli Müştərək Təşəbbüs Proqramını məhv etmək məqsədilə ötən həftə bu şuraya qətnamə layihəsi təqdim edib. Bununla da o,İrana qarşı silah embarqosu, habelə yeni sanksiyalar tətbiq etmə yolunu axtarır.

Quldurluq, təhdid və tamahlandırma yolu ilə öz hədəfinə nail olmağı düşünən Tramp Hökumətinin Şura üzvləri, o cümlədən avropalılar və digər qeyi-daimi üzvlərlə müxtəlif qeri-rəsmi görüşlər sübut etdi ki, BMT aşırımından keçmək o qədər də asan olmayacaq.

Odur ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi özünün 13 səhifəlik qətnamə layihəsini dörd paraqrafadək azaldaraq, acizliklə 2231 saylı qətnamədəki mövcud məhdudiyyətlərin Şura qərarını verənədək uzadılmasını istəyib..

Şura üzvlərinə yerli vaxtla çərşənbə günü səhər saatlarınadək öz rəylərini bildirmək üçün fürsət verilib. Ondan sonra çox ehtimal ki, səs vermə cümə axşamı və ya cümə günü keçiriləcək.

Baxmayaraq ki, Çin və Rusiyanın mövqeyinə əsasən, bu qətnamə layihəsi təsdiq olunmayacaq, lakin bu iki ölkənin veto hüququndan istifadə etmək üçün yetərsaya çatmaqda ciddi şübhələr mövcuddur.

Xəbəri paylaş

VİDEOLAR