İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani Bayden və Lapidin birgə bəyanatına reaksiyada, bildirib ki, nə qədər ki, saxta İsrail rejimi Amerika prezidentlərinin səfərlərinin ilk dayanacağıdır və birinci məqsəd də onun təhlükəsizliyini və üstünlüyünü qorumaqdır, region xalqları və ölkələri sülh və sabitliyə çatmayacaq.
Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sosial şəbəkədəki "Twitter" hesabında ABŞ prezidenti Co Bayden və sionist rejimin baş naziri Yair Lapidin imzaladığı birgə bəyanata münasibət bildirib.
Kənani paylaşımında yazıb: "Bayden və Lapidin birgə bəyanatında ABŞ-ın İsrailin təhlükəsizliyini və hərbi üstünlüyünü qoruyub saxlamaqda qəti öhdəliyini vurğulanıb. Səhv başa düşməyin, hədəf təkcə İran deyil; bəyanata görə, ərəb və islam ölkələri də sionist rejimin üstünlüyünü qəbul etməlidir. Ona görə də region üçün əsas təhlükə mənbəyi olduqca aydındır".
Kanani, həmçinin başqa bir tvitdə yazıb: "Nə qədər ki, saxta İsrail rejimi ABŞ prezidentlərinin səfərinin ilk dayanacağıdır və birinci məqsəd də onun təhlükəsizliyini və üstünlüyünü qorumaqdır, region xalqları və ölkələri sülh, sabitlik və əmin-amanlığa nail ola bilməyəcəklər. İran İslam Respublikası qonşularının təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir".