İran Fars Körfəzində batan Birləşmiş Ərəb Əmirliyinə məxsus gəminin ekipajından 28 nəfəri xilas edib.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, batan gəmidə 30 ekipaj üzvü olub. 28 nəfər xilas olunaraq Buşəhr şəhərinə gətirilib. Qəzada 1 nəfər həyatını itirib, 1 nəfər itkin düşüb.
Qeyd olunub ki, fırtına səbəbindən itkin düşən gəmiçinin axtarışları müvəqqəti dayandırılıb.