İran Azərbaycanla birgə elektrik stansiyası tikməyə hazırdır

İran Azərbaycanla birgə elektrik stansiyası tikməyə hazırdır

Bu barədə İranın energetika naziri Əliəkbər Mehrabiyan bildirib.

Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, İran Azərbaycanla birgə elektrik stansiyası inşa etməyə hazırdır.

O deyib ki, İranın elektrik şəbəkəsinin Azərbaycan vasitəsi ilə Rusiyaya qoşulması 3-tərəfli münasibətlərin möhkəmlədilməsi üçün mühümdür.

Mehrabiyan azərbaycanlı həmkarı Pərviz Şabhazovla keçirdiyi onlayn-görüşdə qeyd edib ki, sözügedən layihənin həyata keçirilməsi və elektrik şəbəkəsinə qoşulmaq üçün elektrik enerjisinə tələbatın idarə edilməsi hər 3 ölkədə tətbiq edilib və elektrik enerjisi çatışmazlığı da kompensasiya ediləcək.

İranlı nazir İran, Azərbaycan və Rusiya nazirləri arasında 3-tərəfli görüş keçirməyə hazır olduğunu əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR