İran Azərbaycanın 3+3 təklifini dəstəkləyir

İran Azərbaycanın 3+3 təklifini dəstəkləyir

Bunu İran XİN sözcüsü Səid Xətibzadə deyib

İran İslam Respublikası Azərbaycanın 3+3 formatlı əməkdaşlıq təklifini dəstəkləyir. Bu bəyanatla İran Xarici İşlər Nazirliyinin mətbuat katibi çıxış edib.

Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, Tehranda jurnalistlərin suallarını cavablandıran XİN rəsmisi Səid Xətibzadə deyib: “Azərbaycan torpaqlarının azad edilməsi Cənub Qafqaz ölkələri ilə İran İslam Respublikası, Rusiya və Türkiyə arasında ölkələrin ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında əməkdaşlıq üçün uyğun bir zəmin hazırlanmasına səbəb olub”.

Rəsmi Bakının 3+3 formatlı yəni Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Rusiya və Ermənistan arsında əməkdaşlıq təklifinə münasibət bildirən diplomat deyib: “Biz, Cənubi Qafqazın üç dövləti, həmçinin Rusiya və Türkiyə ilə yaxın əlaqələrə malikik. Başqa sözlə İran belə bir əməkdaşlığın ilk addımlarını ata bilər”.

Xəbəri paylaş

VİDEOLAR