Azərbaycanın Baş Nazirinin müavini İran Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Məhəmməd Baqeri ilə görüşüb
, Azərbaycan ilə İran arasındakı iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri zamanı İran Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Məhəmməd Baqeri ilə görüşüb.
Rasthaber Azərbaycan xəbər verir ki, görüş zamanı iki ölkə arasında əlaqələr və əməkdaşlıq müzakirə olunub.
Görüşdə qeyd olunub ki, Azərbaycan ilə İran yaxın qonşu, dost və qardaş dövlətlərdir. İran-Azərbaycan münasibətləri regionun digər dövlətləri üçün nümunədir. İki ölkə arasında bütün sahələr üzrə əlaqələr yüksələn xəttlə inkişaf edir.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi deyib ki, regional oyunçular İran - Azərbaycan arasında dostluq əlaqələrinə narahatdırlar.